AZ

Zəfəran yoxa çıxır: Müharibələr dünyanın ən bahalı ədviyyatını necə məhv edir

Foreign Policynəşrinin yazdığına görə, Yaxın Şərqdəki böhran və İran ətrafındakı qeyri-sabitlik "qırmızı qızıl" ticarətinə ciddi ziyan vurub; Kəşmirdən Srinaqara qədər satıcı və fermerlər nə edəcəklərini bilmirlər.

Kəşmirdəki tacirlər vəziyyətin kəskin pisləşdiyini deyirlər. Məlumata görə region üçün əsas xammal sayılan İran zəfəranının tədarükü Yaxın Şərqdəki gərginlik və İranın ixrac məhdudiyyətləri fonunda Dubayda ilişib qalıb.

Qeyd olunur ki, dünya zəfəran istehsalının 90%-dən çoxunu İran təmin edir. İran zəfəranı daxili tələbatın təklifi üstələdiyi Hindistanda bir qayda olaraq kəsirləri bağlayırdı.

Hörmüz boğazı vasitəsilə həyata keçirilən ticarətdəki fasilələr və Tehranın tətbiq etdiyi ixrac məhdudiyyətləri ənənəvi logistikanı faktiki olaraq iflic edib.

Kəşmirin özündə də məhsul yığımı kəskin azalıb. 2024-2025-ci illərdə istehsal həcmi ötən ilə müqayisədə 23 tondan təxminən 19,5 tona düşüb.

İqlim dəyişikliyi, infrastruktur problemləri və geosiyasi qeyri-sabitlik əsrlər boyu regionun iqtisadi və mədəni kimliyini müəyyən edən bu sahənin mövcudluğunu təhlükə altına qoyur. Nəşr vurğulayır ki: "Söhbət artıq təkcə ədviyyat bazarından deyil, həm də bərpası qeyri-mümkün ola biləcək unikal mədəni irsin itirilməsi riskindən gedir."

Röya Əliyeva
AzVision.az

Seçilən
11
2
azvision.az

3Mənbələr