Trend xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi "Max" platformasındakı hesabında xəbərdarlıq edib.
"Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərin təhlükəsizliyinin təmin olunması məqsədilə mayın 9-da Moskvada mobil internetə- o cümlədən "ağ siyahı"ya daxil olan saytlara- və SMS mübadiləsi xidmətlərinə çıxış müvəqqəti olaraq məhdudlaşdırılacaq",- deyə məlumatda qeyd olunur.
Qurumun bildirdiyinə görə, bu qərar evlərin internet təchizatına şamil olunmayacaq.
"Onlar heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam edəcək" - deyə bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31