Rusiya döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin Dobropolye istiqamətində hücum dronlarını istiqamətləndirmək üçün hərəkət sensorlarından istifadəsini qeydə alıblar.
Herbiand.az bildirir ki, bu barədə “Mərkəz” qüvvələr qrupunun bölük komandirinin müavini, "Kasyan" ləqəbli zabit məlumat verib.
Onun sözlərinə görə, bu cür cihazlar personal və avadanlıqların ən yüksək səviyyədə fəaliyyət göstərdiyi ərazilərdə yerləşdirilir: "Cihaz hərəkəti aşkarlayır və siqnal ötürür, bundan sonra hədəfə FPV dronu və ya Baba-yaqa tipli dron hücum edə bilər".
"Kasyan" qeyd edib ki, sensorlar həm minalarla birlikdə, həm də müstəqil şəkildə, yəni yalnız hərəkəti aşkar etmək və koordinatları ötürmək üçün istifadə edilə bilər: "Bu cür sistemlər adətən məsafədən quraşdırılır. Onlar adətən dronlardan atılır, yerə yapışır və ətraflarındakı hərəkətə reaksiya verirlər".
Komandir müavini vurğulayıb ki, bu cür texnologiyaların istifadəsi cəbhə xəttində hərəkət edərkən son dərəcə ehtiyatlı olmağı tələb edir, çünki hətta kiçik aktivlik düşmən tərəfindən tez bir zamanda aşkarlana və zərbə qüvvələrini hədəf almaq üçün istifadə edilə bilər.
Bəxtiyar CƏFƏRLİ