ain.az bildirir, Apa.az portalına istinadən.
Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda indiyədək 103 ABŞ milyon dolları həcmində maliyyələşdirmə həyata keçirib.“APA-Economics” xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına hazırlıqlar çərçivəsində İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda Özəl Sektor üzrə Təqdimatı zamanı Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) Əlaqələrin idarə olunması və Ticarət Maliyyəsi Departamentinin baş meneceri Hojamurod Hojaev deyib.
O bildirib ki, hazırda təşkilatın Azərbaycanda iki aktiv tərəfdaşı var: “Bunlar “Rabitəbank” və “TuranBank”dır. Hər bir banka 10 milyon dollar ayrılıb.
Bu maliyyə vəsaitləri Azərbaycandakı KOB-lara fondlaşdırılmış və fondlaşdırılmamış ticarət maliyyəsi həlləri təklif etmək üçün nəzərdə tutulub.
Ticarət maliyyəsi ilə yanaşı, ticarətin inkişafı komponentimiz də var. Bu komponent vasitəsilə biz ticarət və İslam maliyyəsinə dair bir neçə potensialın artırılması fəaliyyəti və seminarlar təşkil etmişik ki, burada Azərbaycanın maliyyə sektoru və banklarından olan benefisiarlar da iştirak edib”.
O qeyd edib ki, Azərbaycan həmçinin ITFC-nin Mərkəzi Asiya və Azərbaycan üçün flaqman proqramı olan "Trade Connect Central Asia Plus"un dizaynı və təsdiqlənməsində mühüm rol oynayır:
“Bu proqram Mərkəzi Asiyanın beş ölkəsini və Azərbaycanı əhatə edir; proqram 2024-cü ildə Azərbaycanda başladılıb və Azərbaycan bu proqramın əsas iştirakçılarından biridir. İndi isə bizim üçün perspektivlər nədən ibarətdir? Anlayırıq ki, ölkədə biznesi, xüsusən də özəl sektor və KOB-ların dəstəklənməsi istiqamətində böyütməliyik. Biz yerli banklarla tərəfdaşlığımızı genişləndirməyə fokuslanırıq ki, onlar vasitəsilə ölkədəki KOB-lara və özəl sektor müştərilərinə şəriətə uyğun ticarət maliyyəsi həlləri, potensialın artırılması və məsləhət xidmətləri təklif edə bilək.
Bundan əlavə, ITFC-nin mandatına uyğun olaraq, dövlət zəmanətli böyük həcmli ticarət maliyyəsi proqramlarına da diqqət yetirə bilərik”.
“Ticarətin inkişafı tərəfində isə inteqrasiya olunmuş ticarət maliyyəsi həllərinin təklif edilməsi üçün əməkdaşlığın genişləndirilməsinə fokuslanacağıq ki, bu da özəl sektorun və iqtisadiyyatın böyüməsinə kömək edəcək”, - deyə o, əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.