ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan Prezidenti İlham Əliyevin İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi ölkəmizin həm İslam dünyası ilə strateji tərəfdaşlığının, həm də regional iqtisadi liderliyinin mühüm göstəricisidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2).jpg)
Onun sözlərinə görə, bu görüş Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinə beynəlxalq maliyyə institutlarının verdiyi yüksək etimadın bariz nümunəsidir: "İİB Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyən və işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına investisiya yatıran ilk qurumlardan biri kimi çıxış edir. Bu baxımdan, qəbul zamanı müzakirə olunan məsələlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı kənd”, müasir infrastruktur və suvarma sistemləri layihələrinin maliyyə portfelinin daha da genişləndirilməsinə xidmət edir.
Görüşün digər strateji tərəfi Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 və ölkənin “yaşıl enerji” gündəliyi ilə birbaşa bağlıdır. İİB-in bərpa olunan enerji resurslarının mənimsənilməsi və aşağı karbonlu iqtisadiyyata keçid sahəsində Azərbaycanla əməkdaşlığı ölkəmizin qlobal ekoloji hədəflərə sadiqliyini İslam dünyasının maliyyə resursları ilə gücləndirir. Eyni zamanda, Azərbaycanın Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizləri üzərindəki logistik hab statusu bankın investisiya prioritetləri ilə tam üst-üstə düşür. Bu əməkdaşlıq təkcə infrastrukturun modernləşdirilməsi deyil, həm də regionun iqtisadi inteqrasiyasının dərinləşməsi deməkdir.
Azərbaycan artıq sadəcə vəsait cəlb edən ölkə deyil, həm də beynəlxalq maliyyə platformalarında layihələri istiqamətləndirən aktiv tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin bu diplomatik və iqtisadi addımı İslam həmrəyliyinin konkret iqtisadi nəticələrə transformasiya olunmasına, ölkənin qeyri-neft sektorunun inkişafına və azad edilmiş ərazilərin sürətli reabilitasiyasına yönəlib. İİB rəhbərliyinin Bakı səfəri Azərbaycanın beynəlxalq maliyyə reytinqlərindəki sabit mövqeyinin və gələcək birgə layihələrin miqyasının daha da genişlənəcəyinin göstəricisi kimi qiymətləndirilir".
Müəllif: Günel Fərzəliyeva
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Siyasət
Azərbaycan hərbçiləri "EFES-2026"da dağçılıq hazırlığı üzrə məşqlər keçiblər

Siyasət
“Sərgilər Azərbaycanın aqrar potensialını və investisiya imkanlarını tanıdır” -DEPUTAT DANIŞDI

Siyasət
"Bakı və Kiyev yeni layihələri müzakirə edir" - ŞƏRH

Siyasət
“Xarici mütəxəssislərin təcrübəsi yerli şəraitdə innovativ inkişaf prosesini sürətləndirir” -ŞƏRH EDİLDİ

Siyasət
“Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və milli birliyin memarıdır” -DEPUTAT DANIŞDI

Siyasət
"Bakıda piyadayönümlü şəhər modeli genişlənir" - DEPUTAT

Siyasət
"Heydər Əliyev xalqın xilaskarıdır" - DEPUTAT DANIŞDI

Siyasət
Xalqımızın xilaskarı - Heydər Əliyev - MƏQALƏ

Siyasət
BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib

Siyasət
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Siyasət
Qazaxıstanın Baş naziri Bakıya gələcək

Siyasət
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması..." - Xaçatryandan AÇIQLAMA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.