Hazırda Azərbaycanda əkin sahələrinin təxminən 11 faizində müasir suvarma texnologiyaları tətbiq edilir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Sədr müavini İlham Bayramov III Beynəlxalq Aqrar İnnovasiya Forumunda panel müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, digər ərazilərdə də ağıllı və müasir suvarma sistemlərinin genişləndirilməsi həm Kənd Təsərrüfatı Nazirliyinin, həm də aidiyyəti dövlət qurumlarının qarşısında duran əsas hədəflərdən biridir.