AZ

Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - PROQNOZ

Sabah Azərbaycanda hava necə olacaq?

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəyi ehtimalı var.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 45-55 % təşkil edəcək.

Seçilən
10
27
aznews.az

7Mənbələr