AZ

Ağ Evdən SÜRPRİZ QƏRAR: Azərbaycandakı layihə sanksiyalardan kənarda qaldı

ABŞ BP şirkətinə Azərbaycandakı nəhəng qaz layihəsində sanksiya tətbiq edilmiş İran və Rusiya tərəfdaşlarının iştirakı ilə ödənişləri həyata keçirmək üçün lisenziyanın müddətini uzadıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg News" məlumat yayıb.

"Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə konsorsiumun tərkibinə Rusiyanın "LUKOYL" şirkəti və İranın "NICO" (İran Milli Neft Şirkəti) müəssisəsi daxildir.

Konsorsiumun operatoru 29,99%-lik payla BP şirkətidir. 2025-ci ilin ortalarına olan məlumata görə, səhmlərin digər hissəsi aşağıdakı kimi bölünüb:

"LUKOYL" (Rusiya): 19,99%

TPAO (Türkiyə): 19%

"Cənub Qaz Dəhlizi" (SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyi): 16,02%

NICO (İran): 10%

MVM (Macarıstan): 5%

Qeyd olunur ki, "NICO" şirkəti "Şahdəniz" layihəsində fəaliyyətin ilk dövrlərindən təmsil olunur. ABŞ-ın sanksiyaları altında olan İran şirkətinin Xəzər dənizindəki bu iri layihədə iştirakı rəsmi Vaşinqtonla razılaşdırılıb. Birləşmiş Ştatlar BP-yə bu konsorsium çərçivəsində İran tərəfi ilə əməkdaşlığı davam etdirməyə icazə verib.

Xatırladaq ki, Rusiyanın "LUKOYL" şirkəti ötən il ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Həmin vaxt ABŞ hökuməti şirkətə Azərbaycandakı aktivləri də daxil olmaqla, xaricdəki mülkiyyətlərini satmaq üçün vaxt tanımışdı. Lakin indiyədək "LUKOYL" sözügedən aktivlər üçün alıcı tapa bilməyib.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr