AZ

Hidayət Heydərov: Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycan cüdoçularının bütün hazırlıqları Bakıdakı dünya çempionatına yönəlib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə olimpiya çempionu Hidayət Heydərov (73 kq) açıqlama verib.

O, doğma azarkeşlər önündəki yarışda layiqli nəticə qazanacaqlarına inandığını söyləyib:

"Tbilisidəki Avropa çempionatını geridə qoymuşuq. Artıq bütün hazırlıqlar Bakıdakı dünya çempionatına yönəlib. Heyətimizə güvənirik. İnanırıq ki, bütün təmsilçilərimiz Azərbaycanı mundialda layiqincə təmsil edəcəklər".

H.Heydərov mətbuata çox açıqlama vermək istəmədiyini də söyləyib:

"Yanlış anlaşılmasını istəmirəm, lakin müsahibə verməyi çox xoşlamıram. Bu, şəxsi fikrimdir. Bu səbəbdən çox danışmıram".

Xatırladaq ki, Hidayət Heydərov ötən ay Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
6
cebheinfo.az

7Mənbələr