AZ

Kurtlar Vadisi yenidən gündəmdə Bu dəfə dava başqa məsələdir

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur aktyor Kenan Çoban son vaxtlar gündəmi zəbt edən şiddət mövzulu müzakirələrə münasibət bildirib. O, ekran işlərinin cəmiyyətə, xüsusən də gənclərə təsirindən danışaraq tənqidlərə kəskin cavab verib.Demokrat.az xəbər verir ki, "Kurtlar Vadisi" serialında canlandırdığı "Abdülhey" obrazı ilə milyonların rəğbətini qazanan aktyor qatıldığı film qalalarından birində maraqlı fikirlər səsləndirib. Bir müddətdir İstanbuldan uzaqlaşaraq Çanakkaledə məskunlaşan Çoban bu seçimi ilə həyat keyfiyyətinin artdığını və daha təbii  mühitdə yaşadığını qeyd edib. Jurnalistlərin xüsusilə döyüş və şiddət səhnələri ilə zəngin olan serialların gənclərə mənfi örnək olması barədə suallarına aktyorun cavabı gecikməyib.Kenan Çoban serialın şiddəti təşviq etməsi barədə iddiaların əsassız olduğunu vurğulayaraq deyib: "Çəkilişlər zamanı və ya sonrasında belə mənfi halların yaşandığını görmədik. Bizim real həyatımızda belə şeylərə yer yoxdur. Mən bir aktyoram, gündəlik həyatda silah gəzdirmirəm. Övladımı məktəbə göndərirəm və normal həyat yaşayıram".Sosial medianın şüursuz istifadəsinin bu cür yanlış təsəvvürləri artırdığını deyən aktyor əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü xatırladıb. O bildirib ki, valideynlər övladlarının izlədiyi məzmunlara qarşı daha diqqətli olmalıdırlar. Öz uşağının da həmin seriallara baxdığını deyən Çoban günahı yalnız ekran işlərində axtarmağın doğru olmadığını ifadə edib.Yəni, aktyor bildirir ki, ekranda gördüklərimiz sadəcə rejissorun beyin məhsuludur və real həyatda şiddətin artmasına görə yalnız kinonu günahlandırmaq olmaz, burada əsas rol ailə tərbiyəsi və düzgün nəzarətdir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
demokrat.az

1Mənbələr