AZ

"Ot örtüyünün bərbad durumda olması keyfiyyətli futbol oynamağa imkan vermədi" - "Şəfa"nın baş məşqçisi

1-ci Liqanın 25-ci turunda bərbad ot örtüyü ilə tanınan Buzovna qəsəbə stadionunda autsayder "Difai" ilə üz-üzə gələn lider "Şəfa" 0:0 hesablı heç-heçə səbəbindən çempionluğunu rəsmiləşdirə bilmədi. Bakı komandasının baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fkirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Oyunların gərgin keçməsi çempionatın son turları ilə bağlıdır. "Difai"yə də liqadan duşməmək ücün xal və xallar lazımdır deyə bütün güclərini meydanda qoymaları başadüşüləndir. Əlbəttə, bu məqam da oyunun çətinləşməsinə səbəb olur. Stadionun ot örtüyünün bərbad durumda olması keyfiyyətli futbol oynamağa imkan vermədi. İstər-istəməz bu cür meydanlar komandaların güclərini bərabərləşdirir. İki xal itirdik. Çempionluq üçün bizə son turlarda bir qələbə kifayət edir. Ola bilər ki, bu məqam futbolçularda əlavə təzyiq yaradır. Amma bəxtsizlikdən də şikayət etməyə dəyər. Çünki son iki oyunda xeyli sayda 100 faizlik qol epizodları yaratsaq da, ələ düşən fürsətlərdən istifadə edə bilmədik. İnaniram ki, gec də olsa, çempionluq bizə nəsib olacaq".

Xatırladaq ki, hazırda 54 xalı olan "Şəfa" sona 2 tur qalmış ən yaxın təqibçisi "Səbail"i 5 xal qabaqlayır.

Toğrul

Seçilən
36
1
fanat.az

2Mənbələr