Türkiyənin HAVELSAN şirkəti Azərbaycanla əməkdaşlığını genişləndirməyi planlaşdırır.
BunuHAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Acar deyib.
O bildirib ki, HAVELSAN-ın hazırladığı “KOVAN” yeni nəsil idarəetmə sistemi Azərbaycana ixrac edilib: “Sistem Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib və logistika ilə personal idarəetməsi sahələrini əhatə edir. Layihənin yaxın zamanda tam istifadəyə verilməsi gözlənilir”.