AZ

Latviyada neft bazasına iki dron düşüb

Latviyanın şərqində yerləşən Rezekne şəhərindəki neft bazasının ərazisinə iki pilotsuz uçuş aparatı düşüb. Bu barədə  xarici media məlumat yayıb.

Xilasedicilərin məlumatına görə, hadisə yerli vaxtla saat 03:30 radələrində baş verib (Bakı vaxtı ilə 04:30). Dronların düşməsi nəticəsində içərisində neft məhsulları olmayan dörd rezervuar zədələnib. Hadisə yerində operativ xidmətlər işləyir, Latviya polisi isə faktla bağlı cinayət işi açıb.

Dronların NATO üzvü olan Latviyanın hava məkanına Rusiya ərazisindən daxil olduğu qeyd olunur.

Seçilən
22
anews.az

1Mənbələr