AZ

Paşinyan: “Ukrayna məsələsində Ermənistan Rusiyanın müttəfiqi deyil”

Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna məsələsində ölkəsinin Rusiyanın müttəfiqi olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, Paşinyanın bu açıqlaması Rusiya siyasi və media dairələrində müzakirələrə səbəb olub.

Rusiyalı şərhçilər Ermənistanın mövqeyini ikili yanaşma kimi qiymətləndiriblər.

“Belə çıxır ki, burada müttəfiq deyil, amma pul qazanmaq mümkün olan yerdə müttəfiqdir?” – deyə şərhlərdə bildirilir.

Müəlliflər qeyd edirlər ki, Paşinyanın bu mövqeyi əslində yeni deyil və onun siyasi xətti çoxdan aydındır.

“Gəlin səmimi olaq, bu heç kim üçün yenilik deyil. Burada tənqidi yalnız Paşinyanın özünə yönəltmək də lazım deyil, çünki onun haqqında çoxdan hər şey bəllidir. Tənqid daha çox illərlə şəxsi maraqlarını əsas götürərək onu yüksək kabinetlərdə müdafiə edən və lobbiləşdirənlərə ünvanlanmalıdır”, – deyə Rusiya mediasında yayılan şərhdə vurğulanıb.

Qeyd edək ki, son dövrlər Ermənistanın Qərblə yaxınlaşması, İrəvanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri Moskva ilə İrəvan arasında gərginliyi daha da artırıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
19
konkret.az

1Mənbələr