AZ

Milli komandada qalmaqal: Bunu etməyən futbolçular DÇ-2026-ya aparılmayacaq

Meksika Futbol Federasiyası yerli çempionatda çıxış edən futbolçulara bildirib ki, əgər onlar milli komandanın təlim-məşq toplanışına qatılmayıb klublarında qalacaqlarsa, 2026-cı il dünya çempionatının yekun mərhələsi üçün heyətdən kənarlaşdırılacaqlar

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Toplanış mayın 6-da başlayıb və FİFA-nın rəsmi beynəlxalq oyun pəncərəsindən kənarda keçirilir. Təlim Meksika çempionatının pley-off mərhələsi, eləcə də KONKAKAF Çempionlar Kubokunun oyunları ilə üst-üstə düşür. Futbolçular üçün son vaxt yerli vaxtla saat 20:00 olaraq müəyyən edilib.

Ötən həftə federasiya millinin baş məşqçisi Xavyer Aqirrenin Mexikodakı toplanış üçün seçdiyi yerli çempionatın 20 futbolçusunun adını açıqlamışdı. Onlardan 12-nin dünya çempionatının yekun heyətində yer alacağına zəmanət verilib.

“Baş məşqçilər korpusunun göstərişinə əsasən, bugünkü təlim-məşq toplanışına qatılmayan hər bir futbolçu dünya çempionatının heyətindən çıxarılacaq”, – federasiyanın bəyanatında deyilir.

Seçilən
0
18
publika.az

10Mənbələr