AZ

TOGG Çin nəhəngi ilə birlikdə 3 yeni model hazırlayır

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin avtomobil şirkəti TOGG Çinli texnologiya nəhəngi CATL ilə strateji əməkdaşlığa başlayıb.

Bakupost.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində hazırlanacaq 3 yeni elektrikli modelin 2027-ci ilin ortalarından etibarən mərhələli şəkildə satışa çıxarılması planlaşdırılır.

Layihədə CATL-a bağlı olan CAIT-in “Bedrock Şassi” texnologiyası ilə TOGG-un avtomobil inkişaf etdirmə imkanları birləşdiriləcək.

CATL-ın rəhbəri Robin Zenq bu əməkdaşlığın elektrikli avtomobil bazarında qlobal genişlənmə üçün mühüm addım olduğunu vurğulayıb.

Röya Rizvanzadə, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
www.bakupost.az

1Mənbələr