AZ

Rusiya MN: Ukrayna dronları Latviya ərazisindən Sankt Peterburqa hücuma cəhd edib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

7 may gecəsi Ukrayna dronları Latviya ərazisindən Sankt-Peterburq yaxınlığında mülki infrastruktur obyektlərinə hücum etməyə cəhd edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya hərbi qüvvələri Latviya hava məkanında altı drondan ibarət qrup aşkar edib.

“Onlardan beşi Rezekne şəhəri yaxınlığında yoxa çıxıb, altıncısı isə Rusiya ərazisi üzərində vurulub. Vurulan dron qalıqlarından onun "Lyutıy" tipli PUA olduğu müəyyən edilib”, - Rusiya MN-in məlumatında bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
apa.az

3Mənbələr