AZ

Məhkəmədən Trampa AĞIR ZƏRBƏ: Prezidentin qərarı LƏĞV OLUNDU

ABŞ-ın Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətinin əsas elementlərindən birini qanunsuz elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Söhbət ABŞ-ın cənub sərhədində sığınacaq prosedurlarına çıxışı dayandıran prezident sərəncamından gedir.

Üç hakimdən ibarət məhkəmə kollegiyası qərara gəlib ki, prezident öz səlahiyyətlərini aşıb.

Qərarda bildirilib ki, ölkənin immiqrasiya qanunları insanlara sığınacaq üçün müraciət etmək hüququ verir və dövlət başçısı bu normaları təkbaşına ləğv edə bilməz.

Məhkəmə vurğulayıb ki, ölkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı prezident sərəncamı Ağ Evə “İmmiqrasiya və Vətəndaşlıq haqqında” qanunda nəzərdə tutulan məcburi prosedurları dayandırmaq səlahiyyəti vermir.
Qərarın müəllifi ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən təyin olunmuş hakim Mişel Çilds olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
1
1
konkret.az

2Mənbələr