AZ

Maliyyə vəziyyətini açıqlamayan şirkət cərimələndi

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“İD Agropark” MMC şirkəti cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, şirkətin 2024-cü il üzrə maliyyə hesabatlarının, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc etməməsi MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olub.

“İD Agropark” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsinə əsasən protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarı ilə MMC 1500 manat cərimə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
qafqazinfo.az

2Mənbələr