Bakı, 7 May — Azadmedia.az
Dəmiryolu polisi 2 nəfərdən narkotik vasitə aşkarlayıb.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər - 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.