AZ

Paşinyan Rusiyaya meydan oxudu

Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.

Publika.azArmenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin brifinqi zamanı deyib.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana səfəri və bununla bağlı səslənən tənqidlərə münasibət bildirib.

“Biz Ukraynaya humanitar yardım göndərmişik və mən Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığımızı demişəm. Bilirsiniz ki, Alma-Ata bəyannaməsi bizim üçün nə qədər vacib və prinsipial əhəmiyyətə malikdir. Biz həmin bəyannaməyə əsaslanırıq və Azərbaycanla sülhü də məhz bu təməl üzərində qururuq. Bu, bizim prinsipial mövqeyimizdir”, - deyə Paşinyan qeyd edib.

Seçilən
0
4
publika.az

10Mənbələr