AZ

Rəşad Dağlı azadlığa buraxılıb? - Yayılan xəbərlə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə meyxanaçı Rəşad Dağlının azadlığa çıxması barədə məlumatlar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, “Tiktok”da yayılan videoda meyxanaçı Ağamirzənin çıxışı paylaşılıb.

Videoda “Çox sağ olun, hamınız dua etdiniz, şükür Allaha qardaşımız azadlıqda” dediyi eşidilir. pizza sifarişi

Videoda R.Dağlının fotosu yerləşdirilib və onun azadlığa çıxdığı iddia edilir.

Videonun ilk baxışdan saxta olunduğu hiss edilsə də, çox sayda sosial şəbəkə istifadəçisi xəbərin həqiqi olduğuna inanıb.

Rəşad Dağlının bibisi qızı, jurnalist Könül Aypara Ölkə.Az-a açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

O, bəzi sosial şəbəkə səhifələrinin reytinq xətirinə tez-tez bu cür yalan məlumatlar paylaşdığını söyləyib.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Seçilən
8
9
yenisabah.az

10Mənbələr