AZ

“Azercell”dən innovativ təşəbbüs: addım at, internet qazan

“Azercell Telekom” MMC fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən yeni “GiqaAddım” kampaniyasına start verib. Təşəbbüs sağlam həyat tərzinin təşviqini və gündəlik fiziki aktivliyin artırılmasını hədəfləyir. Kampaniya çərçivəsində “Azercell” abunəçiləri atdıqları addımlara uyğun olaraq mobil internet qazana biləcəklər. Belə ki, gün ərzində 10 min addım atan istifadəçilərə 1 GB internet hədiyyə olunur, bu göstəricini 7 gün ardıcıl tamamlayan abunəçilərə isə 5 GB internet təqdim edilir.

“GiqaAddım” tam rəqəmsal formatda “Azercell” mobil tətbiqi vasitəsilə idarə olunur. İştirak üçün istifadəçilər tətbiqi yeniləməli, “İndi qoşul” bölməsi vasitəsilə “Sağlamlıq” tətbiqinə giriş icazəsi verməlidirlər. Addımların və bonusların izlənməsi də mobil tətbiq üzərindən həyata keçirilir.

Qazanılan internet paketləri aktivləşdirildiyi andan etibarən 24 saat ərzində istifadə oluna bilər. Kampaniya fakturasız xətt üzrə “DigiMax” və “Premium+”, fakturalı xətt üzrə isə “SuperSən” və “Premium” tarif abunəçiləri üçün nəzərdə tutulub. Şirkət bu təşəbbüslə rəqəmsal xidmətləri sağlam həyat tərzi ilə birləşdirərək istifadəçilər üçün daha interaktiv və motivasiyaedici mühit yaratmağı hədəfləyir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
71
azerbaijan-news.az

1Mənbələr