AZ

 77 tələbə zəhərləndi

Türkiyənin Çorum bölgəsinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

AzEdu.az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.

Məlumata görə, qarın ağrısı və ürəkbulanma şikayətləri ilə xəstəxanaya yerləşdirilən tələbələrdən 35-i müalicədən sonra evə buraxılıb.

Digər tələbələrin müalicəsi davam edir və sağlıq durumlarının yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
1
azedu.az

1Mənbələr