AZ

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı FOTO

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Lənkəran rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, hərəkətdə olan iki “Mercedes”, bir “Toyota Prius” və bir “VAZ-2106” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisədən sonra yolda sıxlıq yaranıb, nəqliyyatın hərəkətində çətinlik müşahidə olunub.Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
bizim.media

2Mənbələr