AZ

Hava limanında turistlərin çantasında 19 kilo narkotik tapıldı

İstanbul Hava Limanında iki İngiltərə vətəndaşının çamadanından 19 kiloqramdan çox marixuana aşkarlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Taylanddan İstanbula gələn və buradan Londona uçmağa hazırlaşan sərnişinlər Gömrük Mühafizə və Qaçaqmalçılıq qrupları tərəfindən izlənilib.

Hava limanında saxlanılan Taylor Astle Johnson və Holly Ann Cooperin baqajına baxış zamanı vakuum paketlərdə gizlədilmiş 19 kilo 260 qram marixuana aşkarlanıb.

Məlumata görə, müsadirə edilən narkotik vasitənin bazar dəyəri təxminən 17 milyon 334 min (təxminən 640 min manat) lirədir.

Şübhəlilər saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
22
publika.az

1Mənbələr