ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Həkim Anişa Coşi ayaqları çarpaz şəkildə oturmağın sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu oturuş forması onurğada asimmetriya yaradır və zamanla bel ağrılarına səbəb ola bilər.
Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.
Həkim izah edib ki, ayaqları çarpaz qoyanda bədənin bir tərəfi digərindən daha çox yüklənir. Bu isə bud əzələlərinin gərginləşməsinə, bel nahiyəsində narahatlığa və duruş pozğunluğuna gətirib çıxara bilər.
Coşi əlavə edib ki, belə oturmaq ayaqlarda qan dövranını da zəiflədir və müvəqqəti olaraq qan təzyiqini artıra bilər.
Mütəxəssis düzgün oturuş üçün hər iki ayağın yerə tam dəyməsini, belin düz saxlanmasını tövsiyə edib. O həmçinin qeyd edib ki, uzun müddət eyni vəziyyətdə oturmamaq, hər 30-40 dəqiqədən bir ayağa qalxıb hərəkət etmək vacibdir.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.