AZ

Bakıda “Invision Design Talks 2” tədbiri keçiriləcək

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mayın 11-də Bakı Konqres Mərkəzində “Invision Design Talks 2” tədbiri keçiriləcək. 

525.az xəbər verir ki, memarlıq və dizayn dünyasının aparıcı simalarını bir araya gətirən bu platforma müasir yanaşmaların, innovativ ideyaların və gələcəyin dizayn trendlərinin müzakirəsi üçün xüsusi bir mühit yaradacaq.

“Dizaynın daxildən formalaşdırılması” konsepti ilə təşkil olunan tədbir çərçivəsində beynəlxalq və yerli mütəxəssislər çıxış edəcəklər.

Bu gün media nümayəndələri ilə keçirilən görüşdə tədbir haqqında geniş məlumat verilib. Qeyd edilib ki, “Invision Design Talks 2” bu il Seranit Azərbaycan və Sinerji Pro-nun ortaq əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu strateji tərəfdaşlıq tədbirin miqyasını genişləndirərək, dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verir.

Tədbir iştirakçıları aparıcı spikerlərin çıxışları vasitəsilə dizaynın gələcəyinə dair yeni baxışlar əldə edəcək, sahədəki son trendlərlə tanış olacaq və peşəkar şəbəkələrini genişləndirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “Invision Design Talks” memarlıq və dizayn sahəsində innovativ düşüncəni təşviq edən, bilik və təcrübə mübadiləsinə şərait yaradan beynəlxalq səviyyəli platformadır.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
525.az

3Mənbələr