AZ

Yeni kanat yolunun açılması Balakən eləcə də bölgə üçün turizm baxımından ciddi üstünlüklər yaradacaq- Nərminə Qəribova

Azərbaycanda yeni kanat yolunun tikintisinə başlanılıb. Balakəndə həyata keçirilən layihənin bölgədə turizmin inkişafına və sərnişin rahatlığının artırılmasına töhfə verəcəyi bildirilir. Layihəyə əsasən, kanat yolunun uzunluğu 850 metr olacaq və saatda 330 sərnişin daşımaq imkanı yaradılacaq.  

QHT.az xəbər verir ki, "Davamlı Turizmi İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nərminə Qəribova açıqlamasında yeni kanat yolunun açılması Balakən eləcə də bölgə üçün turizm baxımından ciddi üstünlüklər yaradacağını qeyd edib.

"Kanat yolları həm yerli, həm də xarici turistlər üçün maraqlı attraksion ola bilər. Xüsusilə dağ və meşə mənzərələri olan ərazilərdə bu cür layihələr  
bölgəyə gələn turist sayı artmasına səbəb olacaq. 850 metrlik xəttin saatda 330 sərnişin daşıması insanların müəyyən yüksəkliklərə və istirahət zonalarına daha rahat çıxmasına imkan yaradacaq. Layihənin səyahətləri daha rahat və əlçatan etməsi ilə yanaşı həm də 
yerli iqtisadiyyata müsbət təsir edəcək. Turist axınının artması hotellər, restoranlar, kafelərin, nəqliyyat-taksi yerli məhsullar və əhaliyə məxsus xüsusi istehsal mallarının satışları üçün böyük imkan deməkdir".
O açıqlamasında kanat görüntülərinin media və sosial şəbəklərədə paylaşılması bölgənin ölkə daxilində və xaricdə daha məşhurlaşmasına kömək edəcək.Əgər layihə keyfiyyətli şəkildə idarə olunsa və ətraf infrastruktur da inkişaf etdirilsə, Balakən Azərbaycanın əsas dağ turizmi istiqamətlərindən birinə çevirəcəyini bildirib.

"Bəli, yeni kanat yolu layihəsi Balakən ərazisində müxtəlif sahələrdə yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Məsələn:
Kanat yolunun istismarı, texniki xidmət, təhlükəsizlik və turizm xidmətləri üçün əlavə əməkdaşlara ehtiyac olacaq.Kanat yolunun idarə olunması və texniki xidməti,  təhlükəsizlik və nəzarət əməkdaşları, bilet satışı və müştəri xidməti, tur bələdçiliyi və turizm xidmətləri,  hotel, restoran və kafe sektorunda əlavə iş yerləri,  nəqliyyat və taksi xidmətləri, kənd təsərrüfatı məhsulları, yerli əhaliyə məxsus xüsusi məhsullar və suvener satışlarına təkan verəcək. Tikinti mərhələsində də isə mühəndis, fəhlə və texniki işçilər üçün müvəqqəti iş imkanları yaranacaq. Turist sayı artdıqca isə daimi məşğulluğun genişlənməsi ehtimalı yüksəlir".

Zəhra Ağayeva

Seçilən
91
qht.az

1Mənbələr