
“İsrail və ABŞ son müharibə dövründə İranı daxildən zəiflətmək və parçalamağa yönəlmiş siyasət yürüdüb”.
Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İsrail və ABŞ sabitliyin təmin edilməsi ilə məşğul olan təhlükəsizlik strukturlarımızı hədəfə alıb”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, bu qüvvələr vəziyyətdən istifadə edərək ölkə daxilində narazılıq və etirazların artacağını, bunun isə hakimiyyətə təzyiq yaradacağını düşünürdü.
Pezeşkian qeyd edib ki, müxtəlif ölkələrdə qiymət artımları səbəbilə etirazların baş verməsi fonunda oxşar ssenari İran üçün də planlaşdırılmışdı.
İran Prezidenti əlavə edib ki, ictimai dəstək və iş adamlarının fəaliyyəti bu planların həyata keçməsinin qarşısını alıb.
Daşqın HəsənovMissiya.Az