AZ

Tələbələr MEK də Ulu Öndər Heydər Əliyevə həsr edilən sərgi ilə tanış olublar

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunur. Bu əlamətdar gün ərəfəsində universitet tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olublar.

MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov sərgi barədə gənclərə ətraflı məlumat verib. Direktor vurğulayıb ki, Heydər Əliyev guşəsində Ulu Öndərin həyat və fəaliyyəti, siyasi irsi, azərbaycançılıq ideyaları, təlim-tərbiyə siyasətinin fəlsəfəsi, həmçinin milli-mənəvi dəyərlərlə bağlı fikirlərini əks etdirən dəyərli nəşrlər nümayiş olunur.

Kitabxanada daimi sərgilənən İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu siyasi-ictimai fəaliyyətlərini əks etdirən nəşrlər haqqında da məlumat verən kitabxana rəhbəri nümayiş olunan əsərlərin dövlətçiliyin öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Direktor vurğulayıb ki, Mərkəzi Elmi Kitabxanada Ulu Öndərin zəngin siyasi irsinin təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində məqsədyönlü iş aparılır.

Daha sonra Hüseyn Hüseynov MEK-də fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin fəaliyyəti barədə məlumat verərək bildirib ki, burada bütün ömrünü xalqına həsr etmiş Heydər Əliyevin, Prezident, 44 günlük Vətən Müharibəsinin qalib Sərkərdəsi İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin irsinə, həmçinin Azərbaycanın dövlətçilik tarixinə dair ədəbiyyatın komplektləşdirilməsi və rəqəmsallaşdırılması həyata keçirilir.

Direktor qeyd edib ki, son illərdə şöbənin uğurla reallaşdırdığı mühüm layihələrdən biri də görkəmli dövlət xadimi Heydər Əliyevin irsinin tədqiqi və təbliği məqsədilə təşkil olunan silsilə “Heydər Əliyev lektoriyaları”dır.

Sərgidə və fondda nümayiş etdirilən nəşrlər tələbələrdə böyük maraq və dərin təəssürat yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr