AZ

Qalatasaray Fənərbağça iki dünya ulduzu ilə danışıqlara başladı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Super Liqasında mövsümün başa çatmasına az qalmış transfer bazarında da fəallıq artıb. “Qalatasaray” və “Fənərbağça” Misir millisinin iki ulduz futbolçusu - Məhamməd Salah və Omar Marmuş üçün danışıqlara başlayıb.Demokrat.az xəbər verir ki, çempionluq mübarizəsinin son həftələrə təsadüf etdiyi Super Liqada “Qalatasaray” “Antalyaspor” üzərində qələbə qazanacağı halda çempionluğunu rəsmiləşdirə bilər. “Fənərbağça” isə səfərdə “Konyaspor”la qarşılaşacaq və rəqibinin xal itirməsini gözləyəcək.Transfer çalışmalarına gəlincə, “Fənərbağça” iyun ayında keçiriləcək prezident seçkiləri öncəsi heyəti gücləndirmək üçün fəaliyyətini davam etdirir. Klub rəhbərliyi gələcək idarəetmənin işini asanlaşdırmaq məqsədilə futbolçularla ilkin təmaslar qurur.“Qalatasaray”da isə hazırkı prezident Dursun Özbekin seçkilərdə yeganə namizəd olduğu və yenidən prezident postunda qalacağı gözlənilir. Klub artıq yeni transferlər üçün hazırlıqlara başlayıb.“Fənərbağça” “Liverpul”dan ayrılacağını açıqlayan Məhamməd Salah üçün hərəkətə keçib. İddialara görə, İstanbul təmsilçisinin rəhbərliyi misirli futbolçunun meneceri ilə indiyədək iki dəfə görüş keçirib və oyunçunun vəziyyəti ilə maraqlanıb.“Qalatasaray” isə baş məşqçi Okan Burukun istəyi ilə diqqətini “Mançester Siti”nin futbolçusu Omar Marmuşa yönəldib. Klubun həm futbolçunun özü, həm də meneceri ilə birbaşa əlaqə saxladığı bildirilir. “Sarı-qırmızılar”ın oyunçunu icarə əsasında transfer etmək istədiyi qeyd olunur.Məlumata görə, Omar Marmuşla “Barselona”, “Atletiko Madrid”, “Aston Villa” və “Tottenhem” kimi Avropanın aparıcı klubları da maraqlanır.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr