AZ

Rasim Balayevin qəbirüstü abidəsi nə zaman hazır olacaq?

“Atamın qəbirüstü abidəsi ilə bağlı hələlik heç bir iş görülmür. Çünki ailəsi olaraq biz bununla bağlı dəqiq qərar verməmişik”.

Bunu Musavat.com-a açıqlamasında mərhum Xalq artisti Rasim Balayevin oğlu Ülvi Balayev deyib. O bildirib ki, aktyorun abidəsinin kim tərəfindən hazırlanacağı da müəyyənləşməyib: “Bununla bağlı bundan sonrakı mərhələ də qərar verəcəyik. İndi müəyyənləşdirməmişik”.

Qeyd edək ki, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev bu il mart ayının 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr