AZ

Enerji tükənməsi, yoxsa gizli xəstəlik?

ain.az, Medicina saytına istinadən bildirir.

Səhər oyanırsınız, amma elə bil heç yatmamısınız.

Bir iş görməmiş halsızlıq başlayır.

Əllərdə zəiflik, ayaqlarda ağırlıq, beyində duman, səbəbsiz əsəbilik…

Bir çox insan bunu “stressdir”, “yorğunluqdur”, “keçər” deyib ötürür.

Amma bəzi hallarda bu vəziyyətin arxasında gizli sağlamlıq problemləri dayanır.

Medicina.az xəbər verir ki, bədən uzun müddət enerji itirirsə, bu artıq sadəcə yorğunluq deyil, siqnaldır.

Adi yorğunluq necə olur?

İstirahətdən sonra azalır

Yuxudan sonra yüngülləşir

Bir neçə günə keçir

Stress azaldıqda yaxşılaşır.

Gizli xəstəliklərdə halsızlıq necə olur?

Səhərdən başlayır

Gün boyu davam edir

Beyin dumanı yaradır

Ayaqlarda ağırlıq hiss olunur

Ürək döyüntüsü artır

İnsan özünü “çökmüş” hiss edir

Hətta istirahət də kömək etmir.

Enerjisizliyin arxasındakı 5 problem:

1. Dəmir Çatışmazlığı (Ferritin)

Ən çox rast gəlinən səbəblərdən biridir.

Halsızlıq

Baş gicəllənməsi

Saç tökülməsi

Nəfəs darlığı

Ürək döyüntüsü

Ayaqlarda zəiflik verir.

Bəzən analizdə hemoglobin normal olur, amma ferritin çox aşağı çıxır.

2. B12 Vitamini Çatışmazlığı

B12 az olanda insan:

Özünü boşluqda hiss edir

Beyin dumanı yaşayır

Əllərdə keyimə hiss edir

Narahatlıq və panikaya meylli olur.

Uzun müddət davam etdikdə sinir sisteminə təsir edə bilər.

3. Qalxanabənzər Vəz Problemləri

Xüsusilə qadınlarda çox yayılıb.

Əlamətlər:

Daim üşümək

Şişkinlik

Çəki artımı

Yorğunluq

Depressiv ruh halı

Yavaşlama hissi

TSH, T3, T4 analizləri vacib ola bilər.

4. Gizli Şəkər və İnsulin Problemləri

Şəkər normal görünsə belə insulin müqaviməti ola bilər.

Yeməkdən sonra yuxu basması

Şirin istəyi

Qarın piylənməsi

Əsəbilik

Enerji düşməsi.

5. Xroniki Stress və Kortizol yüksəlməsi

Bəzən analizlər normal çıxır, amma sinir sistemi tükənmiş olur.

Əlamətlər:

Səhər yorğunluğu

Gecə aktivlik

Panika hissi

Bədən gərginliyi

Miqren

Əzələ ağrıları

Uzunmüddətli stress bədəni “enerji qənaət rejiminə” sala bilər.

Aygün Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr