AZ

Agentlik: "Ağdaş" Batareya Enerji Saxlanc Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək

Agentlik:

Bu yaxınlarda Azərbaycanda "Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin (BESM) istifadəyə verilməsi planlaşdırılır.

Bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb:

"AzərEnerji” Açıq Səhmdar ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi bu ilin mart ayında istismara verildi. Yaxın zamanlarda Ağdaşda da Batareya Enerji Saxlanc Mərkəzinin istismara verilməsi planlaşdırılır", - Cavid Abdullayev qeyd edib.

Seçilən
11
50
xalqcebhesi.az

10Mənbələr