ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
İtaliyanın Baş naziri Corcia Meloni süni intellekt vasitəsilə hazırlanan saxta fotosunun yayılmasına istehza ilə reaksiya verib.Bizim.Media xəbər verir ki, görüntü onun siyasi rəqibləri tərəfindən Melonini nüfuzdan salmaq məqsədilə sosial şəbəkədə paylaşılıb.“X” platformasında yayılan fotoda 49 yaşlı Meloni yataqda açıq-saçıq obrazda təsvir edilib. Paylaşım onun ünvanına tənqidi şərhlərlə müşayiət olunub.Lakin İtaliyanın Baş naziri fotonun saxta olduğunu təsdiqləməklə yanaşı, vəziyyətə yumorla yanaşıb.O, həmin paylaşımın skrinşotunu dərc edərək yazıb:“Etiraf etməliyəm ki, bunu yaradan şəxs bu dəfə məni hətta bir az “yaxşılaşdırıb”.Bununla belə, Meloni bildirib ki, məsələ siyasi zarafat çərçivəsindən xeyli kənara çıxan ciddi problemdir.Onun sözlərinə görə, bu cür dipfeyklər ictimai rəyi manipulyasiya etmək üçün təhlükəli alətə çevrilir.
“Dipfeyklər təhlükəli vasitədir. Çünki onlar insanları aldada, manipulyasiya edə və istənilən şəxsə zərər vura bilər. Mən özümü müdafiə edə bilərəm, amma bir çox insan bunu edə bilmir”, - deyə Meloni vurğulayıb.
İtaliyanın Baş naziri siyasətçiləri və seçiciləri nüfuzdan salmaq məqsədilə süni intellektdən istifadə edilərək saxta kontent hazırlanmasını da tənqid edib.O, bu cür texnologiyaların tənzimlənməsinin vacib olduğunu bildirib.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.