AZ

9 dan 6 ya iş rejimi ləğv edilir? Deputat açıqladı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müasir dövrdə insanların işə yanaşması dəyişir. Xüsusilə gənc nəsil artıq yalnız sabit maaş və klassik ofis rejimi ilə kifayətlənmək istəmir. Sərbəst iş qrafiki, məsafədən çalışma və əlavə gəlir imkanları “9-dan 6-ya” iş modelinin gələcəyi ilə bağlı sualları daha da aktuallaşdırır. Bəs ənənəvi iş rejimi həqiqətən tarixə qovuşur, yoxsa sabit iş modeli hələ də insanlar üçün əsas seçim olaraq qalır?Məsələ ilə bağlı deputat Fazil Mustafa Demokrat.az-a bildirib ki, insanlar bundan imtina etmirlər, sadəcə belə işlərin tapılması getdikcə çətinləşib:"Heç kim sabit maaşlı, stabil işdən imtina etməz. Bu addımı əsasən yalnız xüsusi iş adamları ata bilər. Onlar da bunu daha yüksək gəlir əldə etmək, yəni standart həyatdan fərqli qazanc qazanmaq məqsədilə edirlər. Lakin əksər insanlar əksinə, sabit iş axtarır və sabit gəlirə üstünlük verir. Buna görə də bu anlayışın artıq tarixə qovuşduğunu demək düzgün olmaz.Saata görə ödəniş məsələsinə gəldikdə isə, bu ödəniş sistemi tarix boyu müxtəlif formalarda mövcud olub. Dünyanın bir çox yerində fərqli iş modellərində bu praktikadan istifadə edilib. Ona görə də bu məsələyə tələsik və qəti hökm vermək doğru deyil",- deyə deputat qeyd edib.Millət vəkilinin sözlərinə görə, heç kim zəmanətli maaş və nizamlı iş qrafikindən könüllü imtina etməz. Bu yoldan sapanlar adətən daha böyük qazanc hədəfləyən iş adamlarıdır. Sıravi vətəndaşlar üçün isə sabit gəlir hələ də prioritet olaraq qalır. Buna görə də "9-dan 6-ya" modelinin tarixə qovuşduğunu iddia etmək üçün hələ tezdir.Yəni, gənclər daha çox azadlıq axtarsalar da, əksər insanlar hələ də hər ayın sonunda alacaqları konkret məbləğin və stabil iş yerinin təhlükəsizliyini heç bir riskli qazanca dəyişmək istəmirlər.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr