AZ

“Shell”in xalis mənfəəti artıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 7 may, AZƏRTAC

Bu ilin ilk rübündə “Shell Plc” enerji şirkətinin xalis mənfəəti artıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şirkət rüb ərzində 6,92 milyard dollar xalis mənfəət əldə edib.

Şirkətin mənfəət gösəricisi analitiklərin proqnozunu üstələyib. Belə ki, “Shell”in mənfəətinin 6,1 milyard dollar olacağı proqnozlaşdırılırdı.

Neft emalı marjaları yanacaq qiymətlərinin artması ilə əlaqədar olaraq bir barel üçün qiyməti 14 dollardan 17 dollara yüksəldib. Şirkətin səhmlərinin geri alınması isə əvvəlki rübdəki 3,5 milyard dollarlıq göstəricidən 3 milyard dollara endirilib. Kimyəvi maddələr və məhsullar bölməsində mənfəət bir il əvvəlki 449 milyon dollarla müqayisədə bu ilin birinci rübündə 1,93 milyard dollara yüksəlib.

Şirkətin əvvəllər 20-22 milyard dollar olaraq proqnozlaşdırılan illik investisiya planı diapazonu 24-26 milyard dollar olaraq dəyişdirilib.

“Shellin baş icraçı direktoru Vael Savan bildirib ki, artan investisiya büdcəsinin təxminən 4 milyard dollarıq hissəsi “ARC Resources Ltd” şirkətinin bu yaxınlarda elan edilən satınalması ilə bağlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
azertag.az

2Mənbələr