Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ Prezidenti Donald Trampın “İrana qarşı sanksiyaları yumşaltmağa hazırıq” açıqlaması beynəlxalq siyasətdə geniş rezonans doğurub. Vaşinqton və Tehran arasında son aylarda müşahidə olunan diplomatik aktivlik, tərəflər arasında yeni razılaşma ehtimalını yenidən gündəmə gətirib. Ekspertlər hesab edir ki, bu mesaj həm siyasi təzyiq elementi, həm də mümkün danışıqlara açıq qapı kimi qiymətləndirilə bilər.
Bəs, mövcud gərginlik fonunda ABŞ ilə İran arasında real sülh razılaşması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, tərəflər arasında müəyyən razılaşmanın əldə olunmasına dair iddialar mövcuddur:

“Qarşılıqlı razılaşmanın əldə olunduğuna dair iddialar var. Bu iddialara yönəlik biz hiss edirik ki, proses bizi yeni nöqtəyə aparır. Yeni nöqtə də hər iki tərəfin açıqlamalarının bağlı qapılar arxasında müəyyən razılığın əldə olunmasını göstərir. Amma əksi də ola bilər. Amerika təzyiq yaradır. O, təzyiqi davamlı şəkildə həyata keçirir. Nəticə etibarı ilə İranın buna razılıq verməsinə səbəb olmaq istəyir.
ABŞ-nin sanksiyaların yumşaldılması ilə bağlı mesajları regionda diplomatik dinamikanı dəyişə bilər. Bununla yanaşı, tərəflər arasında etimad böhranı və Yaxın Şərqdə davam edən geosiyasi qarşıdurmalar real sülh sazişinin əldə olunmasını çətinləşdirən əsas amillərdən biri kimi qalır”.
Ə.Əlibəyli hesab edir ki, hazırkı mərhələdə tərəflər daha çox siyasi manevr və təzyiq diplomatiyasından istifadə edir. Buna baxmayaraq, qapalı danışıqların davam etməsi gələcəkdə yeni razılaşma üçün zəmin formalaşdıra bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.