ain.az, Bakupost saytına istinadən bildirir.
Fransalı deputatlar Tomas Portes və Rima Hassan İsrailin Vyana şəhərində keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2026-dan uzaqlaşdırılmasını tələb ediblər.
Bakupost.az xəbər verir ki, deputatlar yayımladıqları bəyanatda İsrailin insan hüquqları və beynəlxalq hüququ pozduğunu bildirərək, belə bir ölkənin “sülh, birlik və qardaşlıq” mesajı verən yarışmada iştirak etməsinin doğru olmadığını vurğulayıblar.
Bəyanatda İsrailin 2026-cı ilin martından bu yana Livanda aralarında yüzlərlə uşağın da olduğu 2 min 500 nəfəri öldürdüyü, hücumlar nəticəsində 1 milyondan çox insanın evini tərk etmək məcburiyyətində qaldığı vurğulanıb.
Onlar həmçinin BMT məlumatlarını əsas göstərib, son iki ildə Qəzzada 72 mindən çox fələstinlinin öldürüldüyünü bildiriblər.
Röya Rizvanzadə, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.