AZ

Qəbiristanlığa atılan azyaşlının atası tapıldı

Abşeron rayonu ərazisində qəbiristanlıq ərazisinə atılan azyaşlının atası tapılıb.

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, həmin şəxsin uşaqla heç vaxt ünsiyyəti olmayıb:

"Burada bioloji atadan söhbət gedir. Onun uşaqla heç vaxt ünsiyyəti olmayıb. O, uşaq barəsində heç nə bilmir. Sadəcə şəkilini görüb. Bu şəxsi sığınacağa dəvət etmişik, gəldikdən sonra söhbət aparılacaq".

Xatırladaq ki, mayın 4-də "Fatimeyi-Zəhra" məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı oğlan uşağı tapılıb.

Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib.

Seçilən
9
3
far.az

4Mənbələr