AZ

Ümummilli Liderin işığında adlı intellektual yarış keçirilib FOTO

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qobustan Gənclər Evində YAP Qobustan rayon təşkilatının, Qobustan rayonu üzrə Təhsil sektorunun və Qobustan Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq ili " çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, gənc müəllimlər arasında "Ümummilli Liderin işığında" adlı intellektual yarış keçirilmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan rayonu üzrə Təhsil sektorunun müdiri Anar Osmanov, Dağlıq Şirvan Regional Gənclər İdman İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Cavid Qubadov və Qobustan Gənclər Evi SXM-nin direktoru Əlibaba Məlikli mövzu üzrə çıxışlar etmiş və iştirakçılara uğurlar arzulamışlar.

Sonda gərgin keçən intellektual yarışda qalib olan, III yerin sahibi Ərəbqədim məktəbi komandası, II yerin sahibi Sündü məktəbi komandası, I yerin sahibi Ərəbşalbaş məktəbi komandası YAP Qobustan rayon təşkilatının Təşəkkürnaməsi, YAP Qobustan rayon təşkilatının, Qobustan rayonu üzrə Təhsil sektorunun və Qobustan Gənclər Evi SXM-nin birgə hazırladıqları Sertifikatlarla təltif olunmuşlar. I yerin sahibi Ərəbşalbaş məktəbi komandasına Qobustan Gənclər Evi SXM tərəfindən kubok təqdim olunmuşdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
sesqazeti.az

1Mənbələr