AZ

Moskva xarici diplomatları Kiyevi tərk etməyə çağırır

Moskva xarici diplomatları Kiyevi tərk etməyə çağırır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Kiyevə qaçılmaz zərbə” ehtimalı ilə əlaqədar bütün dövlətlərə Ukraynanın paytaxtındakı səfirliklərini təxliyə etməyi tövsiyə edib.

Bu barədə xarici mediaya istinadən verilir.

O, bu bəyanata “maksimum məsuliyyətlə yanaşmağın” vacibliyini vurğulayıb.

Bununla paralel olaraq Rusiya Müdafiə Nazirliyi mayın 8–9-u üçün birtərəfli atəşkəs elan etdiyini açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski isə buna cavab olaraq mayın 6-sı gecəyarıdan “sükut rejimi” tətbiq edib.

Tərəflərin atəşkəslə bağlı bəyanatlarına baxmayaraq, qarşılıqlı ittihamlar davam edir və hər iki tərəf atəşkəs rejiminin pozulduğunu bildirir.

 


Seçilən
30
1
azia.az

2Mənbələr