AZ

"Azərbaycan Şərq-Qərb nəqliyyat bağlantısının inkişafında fəal rol oynayır"

Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafında, xüsusilə Orta Dəhliz çərçivəsində fəal rol oynayır.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammitində çıxışı zamanı deyib.

S.Qafarova bildirib ki, bu səylər əməkdaşlığın gücləndirilməsinə və ortaq iqtisadi dayanıqlılığın təşviqinə töhfə verir.

Onun sözlərinə görə, son 20 il ərzində Aralıq Dənizi Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, strateji əhəmiyyətə malik regionda dialoqun, qarşılıqlı anlaşmanın, sülh və sabitlik naminə ortaq məsuliyyətin təşviqi baxımından mühüm platforma kimi özünü təsdiq edib:

Azərbaycanın coğrafi baxımdan Aralıq dənizi regionunun bir hissəsi olmasa da, Aralıq dənizi hövzəsi və Körfəz ölkələri ilə uzunmüddətli əlaqələrə və konstruktiv münasibətlərə malik olduğunu bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan enerji marşrutlarının və təchizatının şaxələndirilməsi vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir.

Seçilən
55
15
publika.az

5Mənbələr