AZ

Əzizağa Əzizov aldığı Prezident mükafatından danışdı: Sənət yoluna verilən dəyərdir

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Prezident mükafatına layiq görülən sənətçilər arasında aktyor, Əməkdar artist Əzizağa Əzizov da yer alıb.

Bu barədə Redaktor.az-a açıqlama verən sənətçi həm öz adından, həm də ailəsi adından ölkə rəhbərliyinə ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

O bildirib ki, bu sevinc onun üçün yalnız şəxsi uğur deyil, həm də sənət yoluna verilən dəyərin göstəricisidir:

“Öz adımdan, ailəmin və övladlarımın adından çox hörmətli cənab prezidentə, Ali Baş Komandana, Birinci vitse-prezidentə, mədəniyyət naziri və teatr rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”

Əzizağa Əzizov ölkə rəhbərliyi və xalq üçün xoş arzularını da dilə gətirib:

“Allah cənab prezidentə, ailəsinə və bütün Azərbaycan xalqına can sağlığı versin. Bu mükafat gəldi-gedərdi, əsas odur ki, ölkəmiz sülh və qalibiyyət içində yaşasın”.

O, həmçinin Birinci Qarabağ müharibəsinin veteranı olduğunu xatırladaraq bugünkü xoş günlərdə payının olmasından qürur duyduğunu qeyd edib.

Əməkdar artist sonda Prezident mükafatına layiq görülən bütün həmkarlarını təbrik edib və Azərbaycan teatrında çalışan sənətçilərə də belə xoş günləri arzuladığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
redaktor.az

3Mənbələr