Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə avtomobilin ön hissəsi tamamilə yararsız vəziyyətə düşüb, sürücü yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.