AZ

FHN-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov çıxışında Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb, Dahi Rəhbərin siyasi fəaliyyəti dövründə azərbaycanlıların milli birliyi və vahid milli ideya ətrafında birləşməsi yolunda yorulmadan çalışdığını bildirib.

Çıxışlarda Ümummilli Liderin mənalı ömür yolundan, Vətən və xalq qarşısında müstəsna xidmətlərindən ətraflı bəhs edilib.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin mənalı həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Daha sonra Bakı Regional Mərkəzinin ərazisində Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş iməcilik və ağacəkmə aksiyası keçirilib.

FHN-də FHN-də FHN-də FHN-də FHN-də FHN-də FHN-də FHN-də
Seçilən
0
9
apa.az

10Mənbələr