AZ

Vedidə azyaşlı bacılarla bağlı iş böyüyür: həbslər və istefalar başladı

Vedidə azyaşlı iki bacıya qarşı seksual xarakterli zorakılıq əməlləri ilə bağlı rezonans doğuran cinayət işi ətrafında yeni qərarlar verilib.

Musavat.com xəbər verir ki, Ermənistan polisindən verilən məlumata görə, Ararat vilayət polis idarəsinin rəisi, polkovnik Saribek Rustamyan və Vedi rayon polis şöbəsinin rəisi, polkovnik-leytenant Armen Mkrtçyan vəzifələrindən azad ediliblər.

Eyni zamanda, Ermənistan İstintaq Komitəsi bildirib ki, saxlanılan şəxslərdən biri — David Aynazaryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl məlum olmuşdu ki, Vedidə 15 və 17 yaşlı iki bacıya qarşı seksual xarakterli zorakılıq əməlləri ilə bağlı 65 yaşlı Artur Yeremyan və 58 yaşlı David Aynazaryan barəsində cinayət təqibi başlanıb.

Zərərçəkənlərin vəkili Varduhi Elbakyan hüquq-mühafizə orqanlarını peşəkarlıq göstərməməkdə ittiham etmiş, vaxtında müdaxilə olunsaydı yeni zorakılıq hallarının qarşısının alınacağını bildirmişdi.

Qeyd olunub ki, hər iki yeniyetmə əqli inkişaf ləngiməsindən əziyyət çəkir.

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr