AZ

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub

Balakən, 7 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Balakən rayonunda silsilə tədbirlər keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, bu gün Balakən rayon Mədəniyyət Mərkəzində İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunub.

İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi – baş məsləhətçi Şəfəq Hacıyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasındakı xidmətlərindən bəhs edib. Bildirilib ki, “Qarabağnamə” tamaşası Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mədəniyyət işçilərinin və həvəskar aktyorların canlandırdıqları obrazlar tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tamaşanın sonunda Ümummilli Lider Heydər Əliyevin “Qarabağnamə” tamaşası haqqında fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.

Müxbir - Rasim İslamoğlu

Seçilən
24
2
azertag.az

3Mənbələr