AZ

Derviş Eroğlu: “Heydər Əliyev türk dünyasının bənzərsiz lideri idi”

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 3-cü prezidenti Derviş Eroğlu Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb.

Doğru.az xəbər verir ki, Eroğlu Heydər Əliyevin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının taleyində mühüm rol oynayan böyük dövlət adamı olduğunu bildirib. O qeyd edib ki, ilk tanışlıqları baş nazir olduğu dövrdə baş tutub və sonradan aralarında səmimi dostluq münasibətləri yaranıb.

Eroğlunun sözlərinə görə, Türk Dövlətləri Qurultaylarında Heydər Əliyevlə sıx əməkdaşlıq etmək imkanı olub və ulu öndər türk dünyasının birliyinə xüsusi önəm verirdi. O vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətlərini dünyaya tanıdan “Bir millət, iki dövlət” ifadəsinin müəllifi məhz Heydər Əliyevdir.

Sabiq lider bildirib ki, bu gün İlham Əliyev tərəfindən həmin siyasi xətt uğurla davam etdirilir və bu sayədə Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənib. Onun sözlərinə görə, artıq “Bir millət, üç dövlət” ifadəsinin işlədilməsi də bu siyasi irsin nəticəsidir.

Eroğlu əlavə edib ki, Heydər Əliyevin liderliyinin əsas xüsusiyyəti xalqına sevgisi və azadlıq ideallarına bağlılığı idi. O, sovet dövründə qazandığı təcrübəni xalqının rifahı və müstəqilliyi üçün istifadə edən lider kimi yadda qalıb.

Sonda Eroğlu ulu öndərin xatirəsini ehtiramla yad edərək onun ideallarının gələcək nəsillərə yol göstərməyə davam edəcəyini vurğulayıb.

Serdar Şengül  

DOĞRU.AZ 

image-img-20260507-wa0284image-img-20260507-wa0286

Seçilən
30
1
dogru.az

2Mənbələr